Məqalələr

Yazmağa nə vaxt başlayaq?

06 Fevral

Yazmağa nə vaxt başlayaq?

Məktəbəqədər hazırlığın ən önəmli qollarından   biri olan yazi yazmağa hazırlıqdır.Valideyinlərin bizə ən çox verdiyi suallardan biri də budur”Yazı yazmağa nə vaxt və necə başlayaq?”

Hərflərin vizual  olaraq tanınmasından həmən sonra 5 yaşdan tez uşaqlara hərf yazmağı öyrətmək və cox erkən yazı yazmağa başlatmaq bir müddət sonra səliqəsiz,daha çox hərf buraxaraq yazmasına ,yazı zamanı asan hecaya ayırmada çətinlik cəkmələrinə ,yazı yazmağa istəksizliyə gətirib çıxarır.Hətta 4 yaşında yazı yazmağı öyrənən və bir müddət  sonra müəyyən psixoloji və yanlış öyrənmə problemləri əsasında həmin uşaqlara bəzi qeyri proffesional psixoloqlarimiz və ya pedaqoqlar tərəfindən öyrənmə zəifliyinin alt qrupu “disqrafi”olduğu söylənilir ki,.bütün bu hallarla qarşılaşmamaq üçün  ,əziz valideynlər ən doğru zamanda və ən doğru şəkildə  yazı yazmağı öyrətmək daha düzgün sayılır.

İlk  öncə uşaqda psixomotor inkişafa ,diqqət və vizual yadaşın inkişafına diqqət olunmalıdır. ,xüsusilə də kiçik  motor inkişafı -Əl ilə çox asanlıqla əşyaları tutursa,yapışdırma,qayçı tutma-kəsməni köməksiz həll edirsə,qaşiqla-çəngəllə  cox rahat yeməyini yeyirsə ,öz geyimlərini asanliqla geyinib soyuna,ayaqqabısını bağlaya bilirsə,.qələmlə şəkil çəkir və boyamağı bacarırsa yazıya başlamaq olar.

Əgər evdə özünüz övladınızın kicik motor bacarıqlarını inkişaf etdirmək istəyirsinizsə -o zaman hazir  yapıştirmalar və ya özünun rəngli kağızlardan kəsdiklərini yapıştirma,mətbəxdə istifadə olunan süzgəcdən ip keçirmə və ya qalın kağızda öncədən hazırlanmış xususi fərqli ölçüdə dəliklərdən ip keçirmə,dəlikli makaronları ipə düzməklə,oyun xəmirinə cöplər batirmaqla,muncuq düzmə,plastik və ya dəmir olan kiçik oyun maşaları ilə kicik toplari,qotazları plastik şüşələrə yığmaqla və digər müxtəlif yollarla kicik motor bacariqlarını inkişaf elətdirə bilərsiniz.

Bütün bunlardan sonra ilk olaraq böyük və azdan coxa doğru artan rəsimlər üzərində nöqtə birləşdirmə -xüsusi olaraq sadə labirintlərlə nöqtə birləşdirmələr edə bilərlər .Nəzərinizə catdirim ki bu metodla yazıya başlayan usaqlar sətirin sonuna kimi cox rahat yazılarını yazır və koməyə ehtiyac duymadan hədəf secmək ,nəticəyə doğru addımlı və səbrlə hərəkət etmək və sairə qabiliyyətlərə malik olurlar .

Yazı yazmağı öyrənən  və ya birinci sinifə başlayan uşaqlarda aşağıdkı problemlərə rast gəlinir

1.Sətirdə yaza bilməmək

2. Qələm tutma çətinliyi

3.Yazı yazmağa istəksizlik və marağın olmaması

4.Səliqəsiz əl yazısı olan valideyin və ya müəllimdən yazı yazmanı öyrənmələri

Bütün bunları aradan qaldırmaq üçün rahat və sadə qələmdən istifadəylə başlamaq,sətir arası cizgi birləşdirmə çalışmalarına üstünlük vermə,hüsnxətt dəftərlərindən istifadə lazımdır.Daha maraqla yazması üçün isə ilk başlarda 10-15 dəqiqə vaxt ayırmalı,gözəl və yanlışsız yazmaları  üçün bərabər hədəf seçməniz ,rəngli yapıştirmalar və ya kicik rəsmlər cəkməklə,vaxtaşırı mükafatlandırmalarla yardım edə bilərsiniz. Umumiyyətlə yazı yazmağa 3 etapda başlamaq lazımdır

1.ilkin hazırlıq

2.Çap hərfləri ilə yazmaq

3.Əlyazmanı öyrənmə

Bütün bunlardan sonra –masa arxasında düzgün oturma qaydası,doğru qələm tutma,masaya dəftərin düzgün qoyulma qaydası,sağ-sol,yuxarı –aşağı yön çalışmalarını öyrənmə və tam diqqətlə yazıya başlamaq olar.

Sağlam bünövrə uğurlu gələcəyə açılan qapıdir.Bu yolda uğurlar diləyirəm)

                                                                                  Aytəkin Aslan