YENİ İLƏ SALAM OLSUN!
2022
Siz dəyişmə qərarı vermədikcə yeni təqvim ili heç nə dəyişdirməz.
Hər şeyi yeni ildən gözləmək yerinə bir az da həyata baxdığınız pəncərənin şüşəsini təmizləyin.
Yeni bir təqvim ilinə başladıqda yeni diləklər edirik.Hətta illərlə yaşamadıqlarımızı,edə bilmədiklərimizi yeni ildən gözləyirik.Amma unutmamalıyıq ki, “gələn gedəni soraqlar”
Çox məhşur bir mahnıda deyildiyi kimi ;
Yadındamı,ötən günlər qəm çoxalır, ömr azalır
Üzümüzdə,alnımızda o illərdən izlər qalır...
Çalışın İllərin üzünüzdə yaratdığı kiçik qırışlar,izlər gülər üzünüzdən qalmış olsun,nəinki şikayət edərək, qəzəblənərək qaşlarınızı çatmaqdan, nifrət edərək alnınızı qırışdırmaqdan yox.Bağışlamağı bacarın,nifrət və kin yükündən azad olduğunuz zaman əsl xoşbəxtliyin fərqinə varmış olacaqsınız …
Yeni ilin gözəl,maraqlı və uğurlu olmasını istədiyiniz qədər siz də gözəl görməyi,anlayışlı olmağı,kin saxlamamağı,bağışlamağı,bacarmağı yoxlasanız həyatınızın geri qalan illərinə “təmiz pəncərədən” baxsanız olmazmı?
Sizə mane olan,əlinizi,qolunuzu bağlayan zehninizdəki əngəllərdən uzaqlaşın.Həyatın sizin üçün qurduğu “tələlərdən” qurtulun.”Meymun tələsi” hekayəsində olduğu kimi siz də həyatınızdakı tələdən niyə əlinizi çıxara bilmədiyinizi müəyyənləşdirin:
“Hindistanda meymunları tutmaq üçün tələ qururlar,tələ meymunun əli girə biləcək ölçüdə dəlik açılmış qutudan və içində meymunların çox sevdiyi hindistan cevizindən ibarət olur.Meymun əlini qutuya salıb cevizi aldığında əlini geri çəkə bilmir.Əlini çıxara bilməsi üçün cevizi buraxmalıdır.Meymunun iki seçimi olur,ya cevizi buraxıb azad olacaq,ya da ovlanacaq.Və meymun ikincini seçər”...
Bir düşünün sizin ceviziniz nədir?
Bəhanələr,yalnızlıq qorxusu,utancaq və çəkingən olmaq,şan şöhrət,el - aləm nə deyər qorxusu,özünəinamsızlıq,qərarsızlıq…Rutin davranışlar və ya daha başqa bitməyən müxtəlif səbəblə
Gec olmadan,elə bu yeni ildən o “cevizi” buraxın və azad olun .
Özünüzü tanıyın ,başqalarının həyatından kopya çəkərək yaşamaqdan uzaqlaşın .
Başqasının kölgəsində olanın öz kölgəsi olmaz.
Doğru işığı tap,örnək və ideal olanları araşdır və oxu…
2022 ci ildə yeni bir sən yarat!
Səni tanıyan və sevən hər kəsin inandığı,hər uğursuzluqdan ruhdan düşməyən,başına gələn xoşagəlməz hadisələrdən,hər kəsdən qaçmayan,hər zaman bir çıxış yolu olduğuna inanan biri ol.
Qərar vermə bacarığınla seçilən yeni bir sən.”Əgər yanımda o varsa heç nədən qorxmamalıyam” deyəcəkləri sən ol.
Daxili mədəniyyətə sahib,anlayışlı,olgun biri olmağa çalış.
Sağlamlığına diqqət edən biri ol.Unutma özünü sevməyən,özünə dəyər verməyən biri başqalarını da sevməz,dəyər verməz.
Keçən illər geridə qaldı.Bu yeni il dəyişəcəyin il olsun.Yenidən başlamaq üçün qərar ver.
Allah yenidən başlayanlara yardım edər!
Hər yeni tanışlıq bir salamla başlar))
O zaman yeni ilə salam olsun!!!
Aytəkin Aslan