Mütəxəssislər

Yaddaş kollektivi

Bizi daha yaxından tanıyın.

Aytəkin Aslan

Aytəkin Aslan

Aytəkin Aslan - Yaddash Academy'nin rəhbəri ,Öyrənmə problemləri və "Yaddaş texnikaları" üzrə peşəkar təlimçi,Fərdi İnkişaf mütəxəssisi,həmçinin erkən inkişaf mütəxəssisidir. 

Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.Marmara Akademi Disleksiya Eğitim Merkezinde distant Disleksiya təlimini almışdır. 2012- 2016-cı illər ərzində “Kayra  fərdi inkişaf mərkəzi”ndə, “Mega Hafıza -Azərbaycan” şirkətində Uzman Eğitmen olaraq fəaliyyət göstərmişdir.2016-2018-ci illərdə Qlobal Təhsil Fəaliyyətinə Dəstək mərkəzində çalışmışdır.2018- ci ildən etibarən “Yaddaş fərdi inkişaf mərkəzi”nin həm təsisçisi,həm də təlimçisidir.Hal-hazırda “Sürətli oxuma” , “Yaddaş texnikaları”  ,”Təlimçi təlimləri”, “Zehni riyaziyyat”, “Oxuma gücləndirmə”, “Beyin xəritələri” ,”Yaddaş məntiq və düşünmə”,Fərdi İnkişaf   təlimlərini eyni zamanda təlimçi təlimlərini verir. Azərbaycanda ilk dəfə “Oxuma Gücləndirmə” təlim proqramını işləyib hazırlamışdır.     
 Dünya Yaddaş Çempionu, Memoriad Olimpiadasının rəhbəri Melik Safi Duyardan “Hızlı Okuma”, “Beyni Etkin Kullanma” , “Mega İnovasyon-Asit yaratıcı Düşünme Teknikleri” təlimlərini , Uzman-Master eğitmen Deyyan Altınsoydan “Beyin Haritaları”, “Akıl ve Zeka Oyunları Eğitimci Eğitimi” , “Mega Aritmetik”  və digər təlimləri almışdır. Eyni zamanda 2016-cı ildə “A.Bessenov  inkişaf mərkəzi” tərəfindən fərqli təlimlər almışdır. Müəyyən zaman aralığında fərqli Universitetlərin Tələbə Gənclər Təşkilatları üçün silsilə seminar və təlimlər vermişdir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilmiş "Sürətli Oxuma" və "Vaxta qənaət,kitaba məhəbbət" layihəsində təlimçi olaraq iştirak etmişdir. 2016-cı ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Sabah” qrupları üçün “Sürətli Oxuma” təlimini vermişdir. 23 fevral 2020 tarixində "Üstün/özel Yetenekli Çocukların Eğitiminde Güncel Yaklaşımlar" seminarında iştirak etmişdir.BSC Consulting & Outsourcing company təşkil etdiyi "Family Therapy Techniques - Genograms & Bowenian Therapy" təlimində iştirak etmişdir. CİBS Təlim mərkəzinin təşkil etdiyi 4-cü Psixologiya Forumu  və "Mükəmməl pedaqoq,Şəxsi İnkişaf" seminarında, PM akademiyanın təşkil etdiyi "Uşaq şəkillərinin analizi" və "Bir insan çək" təlimlərində  iştirak etmişdir.2020-ci ildə Sinan Olkun tərəfindən "Gelişim,Diskalkuli" təlimçi təlimi sertifikatı almışdır.21/22/23.05.2021 tarixində "Mutluluğun sinir bilimi" konfransında,Sinan Ergin təqdimatında "Major leadership" konfransında iştirak etmişdir.

 

Aydan Vəkilxanlı

Aydan Vəkilxanlı

Aydan Vəkilxanlı - "Yaddaş texnikaları ilə İngilis dili" və "Yaddaş-Paritmetik hesablama" ,"Yaddaş - məntiq və düşünmə metodikası" ,İngilis dilində "Yaddaş-Sürətli Oxuma","Yaddaş Oxuma gücləndirmə" təlimləri üzrə təlimçi.

2011-2016-cı illərdə Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi" ixtisasının bakalavr dərəcəsini bitirmişdir. 2016-2018-ci illərdə Odlar Yurdu Universitetinin "Xarici dilin tədrisi metodu və metdologiyası" ixtisasının magistr dərəcəsini bitirmişdir. 2013-2014-cü illərdə "Baku Education İnformation Center" təlim mərkəzində İngilis dili müəllimi olaraq fəaliyyət göstərmişdir.2014-2018-ci illər ərzində "Mega Hafıza Azərbaycan" mərkəzində çalışmışdır.2018-ci ilin oktyabr ayından etibarən "Yaddash Academy" də təlimçi kimi fəaliyyət göstərir.

Uzman-Master eğitmen Deyyan Altınsoydan "Mega Aritmetik", "Ağıl və zəka oyunları Təlimçi Təlimi", "Beyin xəritələri", "Yaddaş texnikaları" , "Sürətli Oxuma" , "Yaddaş texnikaları ilə İngilis dili" təlimlərini almışdır.Həmçinin beynəlxalq səviyyəli təlim və seminarlarda, ITTI - International TEFL Training Institute tərəfindən keçirilən seminarlarda ,həmçinin "Baku American Center" tərəfindən təşkil olunmuş webinarlarda müvəffəqiyyətlə iştirak edərək sertifikat əldə etmişdir.

"Yaddaş texnikaları ilə İngilis dili" asan öyrənmə proqramının və "Yaddaş Paritmetik hesablama" üzrə Təlimçi təlimləri proqramının müəllifidir. 

Mətanət Həsənova

Mətanət Həsənova

Mətanət Həsənova - "Yaddaş Riyaziyyat gücləndirmə","Fotoqrafik Yaddaş Texnikaları" təlimləri üzrə təlimçi.

2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin "Kimya mühəndisliyi" ixtisasının bakalavr dərəcəsi üzrə təhsil almışdır. 2017-2018-ci illər ərzində "Mini-Lisey" təlim mərkəzində Riyaziyyat müəllimi olaraq fəaliyyət göstərmişdir. 2018-2019-cu illərdə "Cırtdan" təlim mərkəzində  çalışmışdır. 2019-cu ilin fevral ayından etibarən "Yaddash Academy" də "Riyaziyyat Gücləndirmə","Fotoqrafik Yaddaş Texnikaları" təlimçisi olaraq fəaliyyət göstərir.

Ülkər Məhərrəmova

Ülkər Məhərrəmova

Ülkər Məhərrəmova -  Psixoloq,Ailə məsləhətçisi,"Ailə Qadın Uşaq Problemləri" üzrə dövlət komitəsinin psixoloqu.

Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Pedaqogika və Psixologiya" fakultəsi məzunudur. Xətai rayonu "Körpələr Evi " uşaq bağçasında tərbiyəçi olaraq iş fəaliyyətinə başlamışdır. Daha sonra Göyçay şəhər orta məktəbində məktəb psixoloqu olaraq çalışmışdır. "Psixoloq Azərbaycan" şirkətində yeniyetmələr və yetkinlər üzrə psixoloq kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən "Ailə Qadın Uşaq Problemləri" üzrə dövlət komitəsinin və 2016-cı ilin oktyabrından "Yaddash Academy"nin və Harmoniya Psixologiya Mərkəzinin psixoloqu vəzifəsində çalışır. 2015 - ci ildə "İlin psixoloqu" adına layiq görülmüşdür. 18-20.07.2012 - ci ildə "Project Cycle Management" təlimində iştirak etmişdir. 12.11.2015-19.11.2015 - ci ildə Mega Hafıza Azərbaycan'da "Ağıl və Zəka Eğitmen eğitimi" təlimini almışdır. 20.10.2015-20.01.2016-cı illərdə "Klinik Ailə və Uşaq Psixoanaliz" master klasında iştirak etmişdir.Eyni zamanda 19.08.2017 - ci ildə "Uşaq şəkillərinin analizi" və "Bir insan çək" seminarlarında uğurla çıxış etmişdir. 05.05.2017-ci ildə "Rasional Emosional və Koqnitiv Davranış Terapiyası" , 24.09.2017-ci ildə isə "Humanistisches Psychodrama" seminarlarında iştirak etmişdir. 2-3 mart 2017-ci il tarixlərində "The structure of psychological consultation process confucted with families" , "Sexual education and sexual abuse in children", "Game therapy for children with special needs" , " Mental retardation and reflexology therapy" silsilə təlimlərində uğurla iştirak edib,sertifikat əldə etmişdir. 20-21.01.2018-ci ildə "The gift of Dyslexia-Ronald Davis method" təlimində iştirak etmişdir.

Hazırda "Harmoniya" Psixologiya mərkəzi və "Yaddash Academy" mərkəzlərində Psixoloq,Ailə məsləhətçisi olaraq fəaliyyət göstərir.

Günel Hacıyeva Cəbrayılsoy

Günel Hacıyeva Cəbrayılsoy

Günel Hacıyeva Cəbrayılsoy 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirmişdir."525-ci qəzet","Ədəbiyyat jurnalı","Ulduz","Xəzan","Azad qələm" ədəbi-bədii jurnallarında hekayə və publisistik yazılarla çıxış etmişdir.Nəsr əsərlərindən ibarət "Sükutun səsi","Yarımada" kitabının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2023-cü ildən etibarən Yaddash Academy'də  "Xəyal gücü və yazarlıq" təlimçisi olaraq fəaliyyət göstərir.

Günay Rüstəm

Günay Rüstəm

 Günay Rüstəm - Defektoloq Loqoped.

Təfəkkür Universitetinin "İbtidai təhsilin pedaqogikası və metodikas" fakultəsini bitirmişdir.  2010-2012 - ci ildə Azərbaycan Dövlət Beynəlxalq ixtisasçılıq İnstitunda "Loqopediya " üzrə ixtisas dəyişdirmişdir. .2014-2015 - ci ildə "Narınc" uşaq psixologiya mərkəzində və 2015-2017 ci ildə "Güvən" psixoloji inkişaf mərkəzində Loqoped kimi işləmiş, həmçinin "Uşaq psixo sosial inkişaf mərkəzi"nin Qəbələ regional "Asan Xidmət" və Bakı şəhəri 3 saylı "Asan Xidmət" mərkəzində Loqoped kimi fəaliyyət göstərmişdir. 2019 - ci ilin oktyabr ayından "Yaddash Academy" də Defektoloq Loqoped olaraq fəaliyyətə başlamışdır.

2014 - ci ildə milli mükafat alaraq İlin ən yaxşı mütəxəssisi seçilmişdir. 2016 - cı il 8-9 Oktyabrda İşitme konuşma becerileri derneği başkanı Prof.Dr Erol Belginin təşkilatı ilə "İşitme konuşma ve ses bozuklukları "sempozyonunda iştirak etmişdir. 04.05.2018 - ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti "Məktəbə qədər təhsil,psixoloji xidmət və korreksiyaedici təlim" fakultəsinin "Loqopediyanın nəzəri praktik əsasları" üzrə 60 saatlıq təlim kursunu bitirmişdir. .  2018 ci ildə Beynəlxalq qadınlar bayramı münasibəti ilə bugünə kimi öz sahəsində göstərdiyi xidmətlərə görə "Zərif mütəxəssis " diplomu ilə təltif olunmuşdur. 2018 ci il Nisan Otizm farkındalık ayı kapsamında "Otizmde dil ve konuşma terapisi" seminarında iştirak etmişdir.

Göstərdiyi Xidmətlər:

♦️ Nitq və səs qüsurları

♦️ Hərflərin düzgün tələffüzü

♦️ Dislaliya

♦️ Uşaq serebral iflici

♦️ Daun sindromu

♦️ Autizmli uşaqlarda nitq inkişafı

♦️ Nitq geriliyi

♦️ Kəkələmənin aradan qaldırılması