Məqalələr

Musiqi və beyin

11 Dekabr

Əslində bu hər gün,hər birinizin ətrafınızda rastlaşdığınız bir durumdur... Anidən  bir-birini sürətlə əvəz edən düşüncələrimdən qopub ətrafıma nəzər saldım .Çox insan olan bir məkan, kimsənin kimsəyə diqqət etmədiyi, sürətli və hərəkət halında olan  mərkəz küçələrdən biri və təbii olaraq bir neçə dəqiqəlik  də olsa  ətrafımda olub bitəni, önümdən sürətlə keçib gedənləri  gözdən keçirdim  və mənim nəzəri statistik nəticəmə görə,hər üç nəfərdən biri qulaqcıqla  gəzirdi və mənim kimi audio kitab dinləyənləri nəzərə almasaq 90 %  musiqi dinləyirdi.Nə idi hər kəsi evdən,işdən çıxan kimi musiqi açıb o qulaqcıqları taxmağa sövq edən o güc?

 O əmri verən beyin,dinlədiyimiz isə musiqi...Adına beyin  dediyimiz  çox müəmmalı və qarışıq möcüzə orqanımız..Hər gün yeni elmi metodlarla  araşdırılan və bir çoxlarının maraq dünyasının mərkəzində duran beynimiz və musiqi əlaqəsi ..Görəsən musiqi dinlədiyimiz zaman beynimizdə nələr dəyişir?

Musiqi, səsli bədii obrazları gerçəklikdə əks etdirən,insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir.Bir araya gələn musiqi notlarının titrəməsi insan beynini stimullaşdırır və diqqət ayırmağa kömək edir.Eyni zamanda bu titrəmələr  insan bədənini aktivləşdirir.Musiqi dinlədikdə beyindəki  mənfi düşüncələr  yox olur  və xoşbəxtlik hormonu ifraz olunur.Musiqi insanlara yaşadıqlarını,sözlərlə ifadənin yetərsiz olduğu, hiss etdiklərini ifadə edə bilmədiyi məqamlarda yardım edir.Və eyni zamanda sevilməyən,xoşa gəlməyən işlərdən uzaqlaşdırır.Cansıxıcı, boş yolları nə zaman keçdiyimizi  unutdurur.

Musiqinin vətəni yoxdur deyirlər, çünki musiqi dil,din,irq,millət,cinsiyyət fərqi qoymadan  hər yaşdan,hər mədəniyyətdən olan insana təsir edən bir vasitədir.Musiqi zövqümüz isə fərqlidir.

 Musiqi psixologiyası üzrə mütəxəssis Elizabeth Margulis  deyir ki,dinlədiyimiz mahnıların 90% i öncədən bildiklərimizdir.Bildiyimiz bir parçanı dinlərkən  beynimiz bilinməyən,yeni məlumatlarla  məşğul olmur ,bədənimiz endorfinləri ifraz edir və biz özümüzü çox xoşbəxt hiss edirik.Vərdişlərimizi yaxşı bilən musiqi sənayesi də  bu vəziyyətdən yararlanır . Buna görə də hər il ən çox dinlənən hitlər bir-birinə oxşardır..

Musiqinin eyni zamanda beynin bir çox sahəsini aktivləşdirməsi fikri,ruhi sağlamlıqdakı bir çox mütəxəssisin xəstələrin psixoloji pozğunluqlarının müalicəsində bir kömək kimi musiqiyə müraciət etməsinə səbəb oldu. Bu musiqi terapiyası olaraq bilinir. Musiqi terapiyasında musiqi xəstənin sağlamlığını hər şəkildə yaxşılaşdırmaq üçün istifadə olunan bir vasitədir. Əslində tədqiqatlar göstərdi ki,reabilitasiya,ümumi sağlamlıq proqramları və təhsildə istifadə edilən zaman  musiqi faydalı ola bilər. Son illərdə musiqi terapiyası ilə bağlı olduqca geniş məlumatlar var.Klassik musiqi ilə insanların  müalicə edilməsi faktları yetəri qədərdir.

Məhşur  bəstəkar və pianoçu Raxmanini deyirmiş ki,piano ifa edərkən bütün  ağrıları keçib gedirmiş.20 - ci əsrin ortalarında  görkəmli alim proffessor İ.Topçubaşov Azərbaycanda musterpiya adlı tibbi müalicənin əsasını qoymuşdur.Bütün bu faktlara əsaslanaraq  deyə bilərik ki, musiqinin beyin ilə bağlantısı təkzib olunmazdır və düzgün seçilən  musiqilərin faydası həddindən artıqdır.Musiqi ümumiyyətlə qavramanı  artırır və  demans kimi beyin xəstəliklərində yaddaşda unudulmuş olan ən son məlumatları bərpa etmək gücünə malikdir.

Musiqinin heyrətləndirici və ziddiyyətli bir araşdırması maşın sürərkən musiqi dinləməklə əlaqədardır.Araşdırmalar   göstərir ki, insanlar sevdikləri musiqiyə qulaq asdıqları zaman diqqəti azalır. Biz tez-tez səyahət edərkən sevmədiyimiz musiqiləri deyil,öz sevdiyimiz musiqləri dinlədiyimiz üçün qəza riskini artırırıq.Tədqiqatçıların dediklərinə görə sürücülər zövqlərinə görə seçdikləri musiqini səsləndirdikdə deyil, ümumiyyətlə musiqi olmadıqda daha  diqqəti olurlar. Buna görə də, uzun səyahət edərkən ən sevdiyiniz musiqini deyil,zövqünüzə uyğun olmayan bir musiqisini seçməyinizi  məsləhət görürük.

Sizə  beyin sağlamlığınızı qorumağı, özəlliklə yüksək səslə qulaqcıqdan istifadə etməməyi, zövqlə seçilmiş yeni  musiqilər dinləməyi tövsiyə edirik !!!

                                                                                        Aytəkin Aslan