Sənin düşmənin kimdir?
Özünü tanı deyirik.Bəs özümü necə görüm? İnsan özünü ya güzgüdə ya başqasının gözü ilə görə bilər.Başqası dedikdə,sənin şəxsi inkişaf bələdçin ola bilər.Hər şeyə özünü yaxşı tanımaqla başlaya bilərsən...
Özümüzü tanımaq və dərk etmək xoşbəxtliyimizin açarıdır.Buna görə də xoşbəxt olmağa ilk özümüzdən başlamalıyıq.. Özümüzü nə qədər yaxşı tanısaq və nələr edə biləcəyimizin fərqində olsaq,özümüzə olan inam və hörmətimiz də bir o qədər artar.Əks halda, yanlış cəhdlər,yaxşı bilmədiyimiz bir işdə uğursuzluq özümüzə olan inamı sarsıdacaq və "Bacarıqsızam","Uğursuzam","Məndə heç nə alınmır" kəlimləri daim beynimizdə səslənəcək. Bu düşüncələr səni getdikcə ruhdan salır və sənə düşmən kəsilir. Ali təhsil almaq çox önəmli olsa da,şəxsi inkişaf üçün zərurət deyil.Ali təhsil almadan həyatda çox u ğur qazanan insanlar vardır.Universitet bizə peşə qazandırır,bilik və bacarıq öyrədir.Şəxsi inkişaf isə fərdin özünə xas olmalıdır.Əvvəllər universitet məzunu olmaq iş tapmaq üçün ilk və tək yol idisə,indi bu yetərsizdir.Dəyişən dünya,informasiya bolluğu sənin də dəyişməni istəyir.
Məzun olduqdan sonra iş axtarıb tapa bilməyənlar - "Niyə neçə il oxudum?","Nəyimə lazım idi o kağız parçası?","Belə getsə heç vaxt iş tapa bilməyəcəm,hər yerdə təcrübə tələb olunur" kimi fikirlər səsləndirirlər.Sən onlardan biri olma. Bütün bunlara yox demək üçün fərdi inkişafına qərar ver! Əlavə kurslar,təlimlər almağa imkanın yoxdursa,kitablar və inkişaf etdirici videolarla başlaya bilərsən.Sənin kimi hər il minlərlə məzun iş axtarışına başlayır.Sən onlardan fərqli ol.Yeni bir sən yarat.Fərqli olmaq istəyirsənsə,fərqli düşün,yaradıcı düşüncələrə sahib ol.Özünə inamı artır.Bilik və bacarıqlarının fərqində ol və onları inkişaf etdir.Özünün düşməni yox dostu ol. Kim olduğunu bilmək,tanımaq,istəklərini təyin etmək özünü inkişafdır və xoşbəxtlik də elə oradan başlayır.Ümid edirəm özünü inkişaf yolculuğuna çıxmağı bacara bilər və özünlə üzləşərək xoşbəxtlik üçün lazımi addımları ata bilərsən.Elə bu an aç gözlərini,çıxar ruhunu o ümidsizlik quyusundan.Dəyişəcəksən,dəyişməlisən.Çünki sən belə özündən sıxılırsan.
Hər uğursuzluq yenidən başlamaq üçün bir təkandır.Öyrən,çalış,qapılar üzünə bağlandıqca yenidən döyməyi bacar.Yıxıldıqca yenidən ayağa qalxmağı öyrən.Həyat irəlidədir,bu son deyil.İndi sırada inam və ümid var yenidən başlamaq üçün ...
Aytəkin Aslan