Uşaqlar niyə qorxur?
Qorxu uşaq vaxtından yaranan ,hər yaşda rast gəlinən təbii insani bir hissdir, duyğudur. Bəs uşaqlar nədən və niyə qorxurlar? Uşaqlar ilk 4 aydan başlayaraq anasının getməsindən və ya onlara baxan insanın yanlarında olmamasından qorxurlar. Daha sonra yaş irəlilədikcə qorxuların səbəbləri dəyişir
- . Qaranlıqdan qorxma ·
- Sudan qorxma ·
- Valideynlərini itirmək qorxusu ·
- Ani səslərə verilən reaksiya ·
- Ailəyə yeni övlad gəlmə qorxusu ·
- Qapalı yerde qalma qorxusu
Yaşa görə qorxu tiplərinə nəzər salsaq -1 yaşadək ananı itirmək ,ətrafında olan yad cisimlər və insanlar,1-3 yaş aralığında gecə qorxuları,daha çox qaranlıqdan qorxma,tək qalma qorxusu,3-5 yaş aralığında daha çox bağlı məkanda qalma və ən çox rast gəlinən nağıl qəhrəmanlarından qorxu,5-7 yaş arası ölümlə bağlı fikirlər,yanğın,suda batmaq,təbii fəlakətlər,valideyinlərin ölümü ilə düşüncələr və qorxular. Bu yaşdan sonra isə daha çox məsuliyyət hissi formalaşdığına görə bir yerə gecikmək,valideynin cəzalandırmasından qorxmaq, dərslərdən geri qalmaq, imtahan qorxusu yaranır. Bəs nə etməli? İlk növbədə uşaq sizə hər hansı qorxusundan danışırsa ,diqqətlə dinləyin,əhəmiyyət vermədən keçməyin.Yatmazdan öncə onunla bərabər kitab oxuyun,həyəcan və qorxu olan cizgi filmləri izləməsinə izn verməyin.Yataq otağında zəif işıqlı lampa yandırın,yatağa qoyarkən “Gözlərini yum yat ,yoxsa Babayka gələcək” deməyin)). Ümumiyyətlə uşaqları həkimlə,polislə,iynə vurmaqla ,sizi itirmək qorxusu ilə qorxutmayın. Uşağın qorxularını öyrənmək üçün siz onunla sakit və rahat bir zamanında söhbət edə öyrənə bilərsiniz.Onunla rəngli qələmlər və ağ kağız götürərək qorxduğu nə isə onun şəklini çəkə,sonra rəsmi rənglərlə birlikdə boyaya əyləncəli hala gətirə bilərsiniz.Deyək ki, uşaq hansısa nağıl qəhrəmanından qorxursa onun rəsmini çəkib sizə göstərirsə, siz onu daha rəngli ,daha fərqli bir rəsmə keçirə onunla bağlı zarafatlar ,gülməli hekayələr uydura bilərsiniz. Evdə gizlənmək oyunu oynayaraq ,bağlı yerdə və qaranlıqda qalma qorxusunu aradan qaldıra bilərsiniz.Belə ki siz onunla bərabər bağlı bir yerdə gizlənə,digər ailə üzvünün sizi axtarmasını gözləyə bilərsiniz –bu uşaqlar üçün çox ələncəlidir.Qaranlıq otağa alışması üçün isə tam qaranlıq otaqda əyləncəli və onun üçün sevimli olan səslər istifadə edərək sizi tapmağını və ya sizin onu əlindəki oyuncağın səsinə görə onu tapmanız zamanla bu qorxunun aradan qaldıra bilər. Digər bir oyun qaranliq bir otaqda onunla lampa işığı ilə kolgə oyunu oynaya ,fərqli əl hərəkətləri ilə qaranliqda divarda olan klgələrdən qorxmamasına kömək etmiş olarsinız. Əgər getdikcə övladınızda olan qorxularla bağlı problemlər artırsa və bu sizi narahat edirsə zamanında profesionala müraciət emək lazım olduğunu unutmayın.
Aytəkin Aslan