Məqalələr

Nə istədiyini bilən insan....

31 İyul

 

Nə istədiyini bilən insan....

Hər zaman olduğu kimi bir iş günümün səhəri...çox zaman olduğu kimi işə gecikən və bunun tədirginliyi ,həyacanını yaşadığım bir anda,çox  təsadüfən  yolda  taksi  sürücüsünün  açdığı bir radio  kanalı  və radio aparıcısı  xanımın  cingiltili  və bir o qədər şıltaq səs tonuyla  dinləyicilərə verdiyi bir sual  “Cavanlıqda etmədiyiniz hansı addım üçün peşmansınız? ” və ardıcıl gələn telefon zəngləri ,fərqli fikirlər, mülahizələr , peşmançılıq hissləri , geriyə, ötən günlərə dönmə istəyi olan dinləyicilər verilən suala özünə məxsus cavab verirdi .Düzünü  deyim  mövzu bir mütəxəssis  kimi  çox diqqətimi çəkmişdi.Mən artıq beynimdə indi sizin oxuduğunuz yazını yazmaqla məşğul idim))

İlk ağlıma gələn bu yaxınlarda məni çox yaxşı tanıyan birinin mənə – “Nə üçün kaş ki, ifadəsinə nifrət edirsən?”  “Bu səni niyə özündən çıxarır?” sualı oldu.Bəlkə də verilən bu sualla radiodakı mövzunun   arasında  bilavasitə əlaqə vardı.

Bəli “kaş ki” deməyi sevmirəm və bu ifadəni çox istifadə edənləri də birmənalı qarşılamıram .Çünki hər zaman nə istədiyimi bilmişəm. Uşaq vaxtı mənə  qadağan olunmayan bir  şeyləri istəmişəm ,gedə biləcəyim mümkün olacaq yerlər üçün valideynlərimdən icazə istəmişəm . Nələr üçün “ yox”, “ xeyr”, “olmaz” cavabları eşidəcəyimi bildiyim üçün dilimə belə gətirməmişəm və heç bir zaman peşmançılığını yaşamamışam.Hər istədiyini əldə edə bilməyən , maneələrə rast gələn, qadağanları qəbul etməyən fərdlər bütün bunların travmasını bir ömür boyu daşımaq məcburiyyətində qalır. Daha sonra qəzəbli,  təşvişli, qəddar, kinli zehin dünyasında daim münaqişələr, müqayisələr, “kaş ki” lər daşıyan birilərinə çevrilir .Belə fərdlər isə hədəf və məqsədlərinə rahat çata biməzlər, hər kiçik uğursuzluq üçün birilərini günahlandırar,  ətrafda şikayət edərək dolaşarlar. Bəs nə etməli?

Hər şeyi olduğu kimi qəbul etmək gərəkdir.  Əgər peşmançılığını yaşadığınız durum üçün edə biləcəyiniz bir yol  varsa yenidən başlayın, yoxdursa o zaman üzülmək sizə zaman itkisindən başqa heç nə qazandırmayacaq .Çünki zaman itiririk .5-10 dəqiqə boş oturduğunda darıxdım deyənlər ,saatlarla film izləyən, kitab oxuyanlar əylənən zaman  saatların necə keçdiyini heç bilmirlər .O zaman beyninizi   dəyişə bilməyəcəyiniz  keçmişlə məşğul etməyin .Nə istədiyini bilən bir  insan  olmağa çalışın!

İtirdiklərinizə heyfslənməyin .Duyğularınızı onlardan dərs alacaq ,zövq alacaq şəkildə yönləndirin .Qorxu və təşvişlərinizi yaşam rüzgarınıza qatmayın - əks halda o rüzgar sizi düzgün olmayan sahilə çıxarar.Mənəvi  xoşbəxtliyinizi hər anınıza  şükr edərək artırın !!! Hər anınızı müsbət dəyərləndirin , xoş anların fərqində olun .

“Kaş ki” deməməyiniz diləyim ilə!

                                                            Aytəkin Aslan