4-60 yaş arası hər kəs üçün beyin əsaslı təlimlərimiz aşağıdakılardır: "Yaddaş Məntiq və düşünmə metodikası", "Yaddaş - Oxuma gücləndirmə", "Yaddaş - Riyaziyyat gücləndirmə", "Yaddaş - Beyin xəritələri", "Yaddaş - Sürətli oxuma", "Yaddaş texnikaları", "Yaddaş - İngilis dili", "Yaddaş - Beyin gücü", "Yaddaş Məntiq və Düşünmə təlimçi təlimləri", "Yaddaş - paritmetik hesablama", "Yeniyetmələr üçün ünsiyyət bacarıqları", "Stresin idarə olunması", "Konsentrasiya (fikri cəmləmə)", "Düşünmə və doğru qərar alma texnikaları", "Zamanın doğru idarə olunması", "Yaradıcı düşünmə texnikaları və innovasiya".
Yaradıcı Düşünmə Texnikaları və İnnovasiya təlimi ilə yaradıcılıq bacarıqlarınızı inkişaf etdirə bilər, fərqli baxış bucaqları qazana bilərsiniz. Rəqabətin son dərəcə artdığı iş dünyasında fərqli düşünmə texnikalarını öyrənərək rəqiblərinizin qarşısına keçə bilərsiniz.
Təlimin əsas məqsədi • İş və sosial həyatda “Zamanı daha effektiv idarəetmə yollarının incəlikləri” mövzusunda məlumat və bacarıqları inkişaf etdirmək yönündəki hədəflərimiz; • Zaman anlayışını dəyərləndirmək və müzakirə etmək; • Gündəlik həyatda və iş həyatımızda zaman hiylələrini dəyərləndirmək; • Həyat tərzi, fəlsəfə və yanaşma olaraq zaman idarəsində müvəffəqiyyətli ola bilmək üçün vacib xüsusiyyətləri və ünsürləri paylaşmaq; • Göstəriləcək təsvir və tətbiqlərlə fərdi inkişaf etdirə biləcək sahələrin iştirakçılar tərəfindən tanınmasına şərait yaratmaq; • İş mədəniyyəti, dəyəri və birliyi üçün zaman idarəsi mövzusunda ortaq bir yanaşma , anlayış və tətbiq yaratmaqdır.
Təlim iştirakçıları təməl analitik və yaradıcı düşünmə texnikaları ilə tanış olacaq, düşünməni çətinləşdirən faktorlar ilə mübarizə aparacaq və analitik düşünəcək,doğru qərar almağa təsir edəcək texnikalar öyrənəcəklər.
07 May 2021 17:00-20:00 Zoom
"İnsanın dəyəri və dəyərlərin insan həyatında rolu" webinar. Webinarın iştirakçıları : Fəlsəfə üzrə / Elmlər doktoru Vaqif Quliyev Psixoloq / Ülkər Məhərrəmova Öyrənməproblemləri üzrə mütəxəssis / Aytəkin Aslan
Daha ətraflı01 May 2021 21:00-22:00 Legend Team
"Diqqət dağınıqlığı və onun səbəbləri" haqqında Öyrənmə problemləri üzrə mütəxəssis Aytəkin Aslan bütün sualları cavablandırdı.
Daha ətraflı
Siz dəyişmə qərarı vermədikcə yeni təqvim ili heç nə dəyişdirməz. Hər şeyi yeni ildən gözləmək yerinə bir az da həyata baxdığınız pəncərənin şüşəsini təmizləyin)) Yeni bir təqvim ilinə başladıqda yeni diləklər edirik.Hətta illərlə yaşamadıqlarımızı,edə bilmədiklərimizi yeni ildən gözləyirik.Amma unutmamalıyıq ki, “gələn gedəni soraqlar”))
Daha ətraflıBeyin dediyimiz möcüzə orqan və onun fərqli xüsusiyyətlərinin insanın həyatını davam etdirməsində, doğru qərar verməsi və faydalı olacaq fəaliyyətlərlə məşğul olması üçün rolu danılmazdır. Bədənimiz də beynimiz də hərəkətsiz qalmaq üçün deyil.
Daha ətraflıCovid-19 virusu insanların həyatına hər tərəfli zərbələr vurmaqdadır. Ən çox psixoloji problemlərin sürətlə artdığı bir dövrdəyik. İnsanlarda stress faktorunun artması, depresiyanın çoxalması müşahidə olunur. Ata və analar çox təşviş halında qayğı pozuqluğu yaşayırlar. “Biz yoluxarıqsa, övladlarımız necə olar ?“ düşüncəsi narahatlıq yaradır.
Daha ətraflı