Təlimlər

Yaddaş - Beyin Xəritələri

Beyin xəritəsi nədir? Düşüncələri beyninizin hər iki bölümündən də istifadə edərək hazırladığınız beyin xəritələri ilə qruplandırıb, şəkil halına gətirə bilərsiniz.Beyin xəritəsi təlimi əslində düşünmə,not tutma və çalışma texnikasıdır. Üzərində çalışılan mövzunu mərkəzə almaq şərti ilə açar kəlimələrin köməyi ilə bu mərkəz ətrafında bağlantılar yaradılır. Yaranan bu diaqrama beyin xəritəsi deyilir. Məlumat və düşüncəni tam bir bütün halda görməni təmin edir.

Çox məqsədli bir düşünmə vasitəsi olan beyin xəritəsi,ilk öncə yaradıcı düşünmə üzrə bir çox sahədə istifadə olunur. Beyin xəritələrini necə çəkəcəyinizi və bunları fərqli sahələrdə necə tətbiq edəcəyinizi göstərir. Bu metodu planlama işlərində, raporlamada, təlimin hər səviyyəsində,təşkilatçılıqda, yaradıcı problem həll etmədə, qərar alma zamanlarında, qeyd almada, kitab oxuyarkən, analitik düşünmədə, zaman idarəsində, imtahanlarda, yaddaş və beyindən səmərəli istifadədə , diqqət və konsentrasiya çalışmalarında istifadə edə bilərsiniz.

Təlim uyğundur:

  • İşlərində və təqdimatlarında fərqlilik yaratmaq istəyən,
  • Yaradacılığın birinci  planda olduğu peşə sahibləri, 
  • Qısa müddətdə daha təsirli,effektli dərs çalışmaq istəyən bütün tələbələr
  • Sürətli və asan qeyd tutmaq istəyənlər,təhsildə fərq yaratmaq istəyən və müvəffəqiyyətli tələbələr yetişdirmək istəyən idealist müəllimlər,
  • Oxuduqlarımı illər sonra da xatırlamaq istəyirəm deyən kitabsevərlər,
  • Layihə idarəçiləri ,
  • Övladlarına yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirmək və onların nə düşündüklərini anlamağa çalışan ana və atalar üçün.

 

Sertifikat

Təlim həftədə 2dəfə,hər dərs 1 saat olmaqla 10 dərs davam edir.Təlimin sonunda iştirakçılar sertifikat əldə edir.