Türk kəşfiyyat və strategiya oyunu olan Mangala, qədim zamanlardan bəri oynanan bir oyun növüdür.Böyükdən kiçiyə hər kəsin sevərək oynayacağı Mangala oyunu ilə zehni bacarıqlarınızı inkişaf etdirə bilər,sürətli və praktik düşünmə qabiliyyətinizi artıra bilərsiniz.5 yaş və üzəri hər kəsin oynaya biləcəyi bir oyundur.
Mangala oyunu :
Oyunların bir çox müsbət keyfiyyətləri ilə yanaşı, ünsiyyət qurmaq və əlaqələri gücləndirmək qabiliyyəti də var. Virtual oyunlardan fərqli olaraq, qarşılıqlı oynamağa imkan verən mangala kimi oyunlar, fərdlərin dostları və ailələri ilə əyləncəli, paylaşılan və təsirli vaxt keçirməsinə imkan verir. Oyun oynayarkən meydana gələn xoş söhbət mühiti insanlar arasındakı münasibətlərə də müsbət təsir göstərir.
Oyunun qaydası: İki nəfərin oynadığı oyunda cəmi 48 daş var. Oyunçular, hər daşdan 4 ədəd olmaqla, bütün daşları önündəki dəliklərə yerləşdirir. Oyun saat yönünün əksinə başlayır və davam edir. Oyuna başlayan oyunçu başlamaq istədiyi dəlikdəki bütün daşları götürür və bir yan dəliyə doğru hərəkət etdirir. Ən sağda yerləşən böyük dəliyə ən çox daş toplayan şəxs oyunu qazanır. Qaydalara görə,oyunçu daşları buraxaraq irəlilədikcə son daş öz dəliyinə düşərsə yenidən oynamaq haqqı qazanır. Oyunçu dəliyə daş atmasına baxmayaraq əlində çox daş qalıbsa, daşları rəqibin dəliyinə atmağa davam edir. Əlindəki son daş öz hissəsindəki boş bir dəliyə düşərsə, öz dəliyindəki tək daşı həmçinin qarşıdakı dəlikdəki bütün daşları (rəqibinin dəliyindəki) götürüb öz tərəfinə qoymaq hüququna malikdir. Ancaq hərəkət sırası rəqibinə keçir. Oyunçu əlindəki daşları buraxarsa və son daş rəqibinin hissəsindəki bir dəliyə düşərsə, hərəkət qarşı tərəfə keçir. Oyunçulardan birinin öz hissələrindəki daşlar bitərsə, oyun bitmiş hesab olunur.
Qiyməti : 25 AZN