Oyun sifarişi

Equilibrio(Tarazlıq)

Tarazlıq, 5 yaş və yuxarı hər kəsin oynaya biləcəyi ,vizual yaddaş, diqqət, həndəsi zəka və fərqli dünyagörüşü inkişaf etdirə biləcəyi fərdi bir oyundur.

Oyun 60 çətinlik səviyyəsi olan kitabdan və 18 parçadan ibarətdir. Məqsədimiz kitabçada görünən şəkli, kitabçanın altında bizə göstərilən hissələrdən istifadə edərək şaquli şəkildə düzəltməkdir.

Tarazlıq oyununun ilk 15-20 mərhələsi məktəbəqədər, 20-40 bölmə ibtidai təhsil, 40-dan sonra orta təhsil və böyüklər üçündür..40-cı mərhələdən sonra kitabçanın arxasında cavabları var. Bu mərhələdən sonra parçalar fərqli istiqamətlərdə və önlü-arxalı istifadə oluna bildiyi üçün  fərqli dünyagörüşləri ilə qavrama və düşünmə bacarıqlarını inkişaf etdirir.

Tarazlıq oyununu oynarkən diqqət yetirməli olan şeylər, hissələrin hansı istiqamətə yönəldildiyi və aralarında nə qədər olması və hansı sırayla düzülməsidir. Çünki,bəzi parçaları yerləşdirmək üçün ağırlıq mərkəzi qaydasına diqqət edilməlidir. İlk öncə ağırlıq mərkəzindəki parçaları düzüb sonra digər parçaları yerləşdirməli və bununla da onları tarazlaşdırmaq lazımdır. Zaman-zaman düzəldəcəyiniz şəklin aşması oyunu daha əyləncəli edir. Sınama yanılma metodundan istifadə edərək problemlərin həllini necə tapmağı da öyrənmək mümkün olacaq.
 

Qiyməti : 35 AZN


Digər oyunlar