Oyun sifarişi

Abalone
Abalone sadə, sürətli davam edən, əyləncəli,fərqli bir strategiya oyunudur. 30-dan çox ölkədə 4.000.000-dən çox satılan bu oyun bütün dövrlərin ən populyar strategiya oyunlarından biridir. Abalone 7 yaş və üstü 2 nəfərin oynadığı zəka oyunudur.Oyunçular rəqibinin 6 topunu oyun sahəsindən çıxartmaq üçün birinci olmağa çalışırlar. Qaydalar sadədir: • Bir anda bir, iki və ya üç top vura bilərsiniz. • Toplarınızı bir xətdə və ya yana doğru bir addım itələyə bilərsiniz. • 2 top rəqibinizdən 1 topunu, 3 top 1 və ya 2 topunu vura bilər. Bununla bərabər, Ancaq bərabər sayda toplar bir-birini vura bilməz. (Məsələn: 1 top 1 topu itələyə bilməz, 2 top 2 topu və s.) Qaralar həmişə oyuna ilk başlayırlar. Aşağıda standart açılış ardıcıllığı verilmişdir. Beş daş arxada, altı daş ortada və üç daş ön tərəfdədir. Daşları oyunda üç yolla hərəkət etdirmək olar: 1.Tək bir daşı ən yaxındakı dəliyə 2. İki və ya üç daşı düz xətt boyunca 3.İki və ya üç daşı öz yan tərəfinə (daşlar eyni istiqamətə köçürülməlidir) Hərəkət edərkən daşlar bir dəlikdən çox hərəkət etdirilə bilməz. Hərəkət zamanı hər oyunçunun yalnız bir hərəkət etmək hüququ var. (rəqib oyunçunun daşını oyun sahəsindən kənara itələsə də)

Digər oyunlar