Seminarlar

Time : 16:00-19:00
Holiday İNN,K.Səfərəliyeva 5.
14
İyun

Ticket Book

BooK Now

Fərqli beyinlər,ortaq yanlışlar.

Insan beyni çox fərqli şəkillərdə çalışan bir mexanizmadır.Bu səbəblə beyin insanların düşündüklərini ,həyata keçirmek istədiklərini öncədən qavrayar.Beynimiz daim fəaliyyətdədir.Qavrama sistemi inkişaf etdikcə beynimiz də o yöndə inkişaf etməyə başlayır.Vacib olan beynimizi doğru informasiyalarla qidalandırmaq və o yolda inkişaf etməsinə zəmin yaratmaqdır.İradəni,xarakteri hətta şəxsiyyətin formalaşmasını bele beynimiz idarə edir .Beynimizdə vəzifə bölgüsü yaradan isə bizim düşüncələrimizdir,beyin təktərəfli hərəkət etmir, bizdən gələn istəklərə reaksiya verir.Bunların müsbət və ya mənfi ,doğru və yanlış olması həyat tərzimizdən ,davranış modelimizdən asılı olaraq dəyişər.Siz xarakterinizin necə olduğunuzu bildirmədən beyin sizin nə olduğunuzu,nələri sevdiyinizi,nədən nifrət etdiyinizi bir səsdən,bir qoxudan belə asanlıqla xatırladır. Beynimiz xarakterimizi də, şəxsiyyətimizi də çox gözəl idarə edir.Amma hər zaman bizdən əmr gözləyir sonra isə hərəkətə keçir. Bu əmrlərin doğru və yanlışlarını bilirsinizmi ? Fərqli beyinləri birgə tanıyaq ,ortaq yanlışlarımıza birgə nəzər salaq… Əmin olun ki,beyninizi tanıdıqca inandığınız ,düşündüyünüz ,zənn etdiyiniz ,vərdiş etdiyiniz ,həyatınızın hətta olmazsa olmazları hesab etdiyiniz çox şeyin yanlış olduğunu görəcəksiniz….. Seminarın 1-ci hissəsində Beyin əsaslı təlimlər üzrə mütəxəssis ,Yaddaş İnkişaf Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Əsgərova çıxış etdi, 15dəqiqə Coffee Break fasiləsindən sonra 2-ci hissə Yaddaş İnkişaf Mərkəzinin Psixoloqu Ülkər Məhərrəmova tərəfindən davam etdirildi. Sonda suallar cavablandırıldı.Suallarda fəal iştirak edən 3 nəfər müxtəlif kitab hədiyyələri qazandı.Həmçinin bilet nömrələrinə əsasən keçirilən yarışmada 3 bileti seçilən şəxs Yaddaş Fərdi İnkişaf mərkəzi tərəfindən 1 aylıq ödənişsiz təlim qazandılar.