Təlimlər

Konsentrasiya (Fikri cəmləmə)

"Konsentrasiya " təliminə qatılanlar fikrini cəmləminin müvəffəqiyyətdəki rolunu görüb, özlərini daha yaxşı müəyyənləşdirə biləcəklər.Konsentrasiyanın necə pozulduğu haqqında məlumat əldə edəcəklər. Konsentrasiya problemləri və həlli yolları mövzusunda çalışacaqlar. İstəsələr öz təcrübələrini də paylaşa bilər. Yaşadıqları problemlərə qarşı nəcə tədbir ala biləcəkləri mövzusunda fikir sahibi olacaqlar. Diqqət əksikliyi və Konsentrasiya problemi, fərdlərdə diqqətsizlik,dağınıqlıq,zamanını idarə edə bilməmək, əşya itirmək, növbədə dayana bilməmək, tələskənlik,işlərini bitirmədə çətinlik, səbirsizlik kimi əlamətlərlə özünü göstərir.

Təlimə daxildir:

• Beynin quruluşu və öyrənmə metodları,

• Motivasiya ve anlama,

• Öyrənmə strategiyaları,

• Diqqət və fikrin cəmlənməsi.

Təlimin Mövzu Başlıqları

• Konsentrasiyanın Əhəmiyyəti

• Konsentrasiya necə pozulur ?

• Beyin Gücü və İradə Gücü

• Konsentrasiya Problemləri necə həll olunur?

• Konsentrasiya məşqləri.

Təlim 20-60 yaş arası hər kəs üçün nəzərdə tutulmuşdur.

Sertifikat

Təlim həftədə 2 dəfə,hər dərs 1 saat olmaqla 1 ay davam edir.Təlimin sonunda iştirakçılar sertifikat əldə edir.