Təlimlər

Düşünmə və doğru qərar alma texnikaları

Təlim iştirakçıları təməl analitik və yaradıcı düşünmə texnikaları ilə tanış olacaq, düşünməni çətinləşdirən faktorlar ilə mübarizə aparacaq və analitik düşünəcək,doğru qərar almağa təsir edəcək texnikalar öyrənəcəklər.

Analitik zehinə Sahib Ola bilmənin Önəmi:
 • Düzgün məlumat əldə edə bilmək
 • Məlumatların işığında qərar mövzularını müəyyən etmək
 • Məlumatı analiz etmək
 • Məlumatdan doğru şəkildə istifadə etmək

 Təlimdə bunlara cavab tapa biləcəksiniz:
o    Duyğu orqanlarımıza və hisslərimizə nə qədər etibar edə bilərik?
o    Niyə asanlıqla aldanır və ya aldatılırıq?
o    Qüsursuz  düşünmək üçün edə biləcəklərimiz nələrdir?
o    Sağlam bir beyinə sahib olmanın fiziki/ psixoloji yolları
o    Diqqətimizi Toplamaq və Yaddaşımızı formalaşdırmaq üçün lazım olanlar
o    Effektiv və dəqiq qərar alma 
o    Doğru qərar almaq üçün nələr  edə bilərik?
o    Analitik/ Yaradıcı düşünmə texnikalarından istifadə edərək yeni həllər yaratmaq
o    Analitik/ Yaradıcı fikir irəli sürmək texnikalarını iş və şəxsi həyatımızda istifadə etmək üçün tövsiyələr
o    Analitik düşünmənin qızıl qaydaları
o    Analitik Düşünməni inkişaf etdirən məşqlər
 

Sertifikat

Təlim həftədə 2 dəfə,hər dərs 1 saat olmaqla 1 ay davam edir.Təlimin sonunda iştirakçılar sertifikat əldə edir.