Dərs çalışma texnikaları
Son zamanlarda mənə ən çox müraciət olunan ,sual verilən ,valideynləri ən çox maraqlandıran və narahat edən mövzulardan biri haqqında sizə bəzi məlumatlar vermək istəyirəm.
İlk növbədə dərs çalışılacaq mühit hazırlanmalı,uyğun olmalıdır.Yəni düzgün işıqlandırılmamış otaq dəyişilməli,səliqəsiz,diqqət dağıdacaq nə varsa hamısı toplanmalıdır.Rahat geyim,dərs çalışmağa lazım olacaq vəsaitlər də çox böyük önəm daşıyir.Ən vacib olan amillərdən biri də yuxu rejimi və düzgün qidalanmadır .Öyrənmədə daha çox dəniz məhsulları,tərəvəz və meyvələr,qoz,badam,beyini bəsləyən B vitamini zəngin olan qidalardan istifadə etmək vacibdir.Bunu unutmayın!
Daha sonra gündəlikdə verilən tapşırıqlara baxaraq belə bir sıralama aparılmalıdır:
1.Sadə və çətin
2.Yazılı və şifahi
3.Sevilən və sevilməyən)
Bu yerdə nəzərinizə çatdırım ki,çətin və çox zaman alan dərslə hazırlığa başlamaq uğursuzluq,verilən çalışmanın öhdəsindən gələ bilməmək hissi yaradır və bu da daha artıq dərs çalışmaq istəyini yox edir.Ona görə də daha çox sevdiyi ,asan yerinə yetirəcəyi dərslə başlaması tövsiyə olunur.
İkinci növbədə anlamaq və öyrənmək gəlir.Əgər bir dənə də olsa uşağın öyrənəcəyi mətnin və ya şerin içərisində mənasını bilmədiyi anlamadığı kəlimə olsa diqqəti o yönə yönələcək və anlayaraq öyrənməyəcək ki ,bu da çox qısa zamanda unudulacaq.Həmin anda o anlaşılmayan sözün mənasını tapmaq və onu uşağın söz lüğətinə daxil etmək lazimdır.Yalnız bundan sonra öyrənmək mümkün olar).
Ən çox narahat olunan və “bunun bir asan yolu varmı?”deyə lazım olan qaydalariı öyrənməkdir.Ən asan yollardan biri-ilk oxuma,təkrar etmə və kitabı bağlayaraq yazmaq,daha sonra yanlışları rəngli qələmlə yoxlamaqdır.Əslində uşaq özü öz yanlışını düzəldərkən də bilavasitə öyrənir.Tam yanlışsız yazanadək davam etdirilir.Yalniz bir dəfə bu cür öyrənməklə daimi,qalıcı yaddaşa keçirə bilər ki,bu da zaman itkisinin qarşısını alır.
Şer öyrənməkdə isə əsas olan amil şeri gözündə canlandırmaq ,şerə uyğun şəkil çəkmək və ya hekayələşdirməkdir ki,yalnız bundan sonra yaddaşa görə əzbərləyə bilər.
Amma bunlardan öncə valideyn dəstəyi,onun plan qurmada,ilk başlarda dəstəyi və motivasiya etməsi,həvəsləndirici kəlimələri,kiçik hədiyyələri,yaxud xoşladığı bir məşğuliyyətə izn verilməsi cox önəmlidir. Dərslərinizdə uğurlar!!!
Aytəkin Aslan