Biri vardır biri yox....
Düşünən və sual edən beyinlər üçün ....
Ömrümüz bizə verilən ən qiymətli əmanət...Müddəti bəlli olmayan...O müddət içində vəzifəmiz sağlam düşüncəyə sahib olmaq,öyrənmək,bizə verilən fürsətləri doğru və düzgün əqidəylə dəyərləndirmək və imtahanalardan əzmlə,layiqincə çıxmaq....
Biz ömür yolumuzun çox faizini öyrənməklə keçiririk.Öyrəndikcə ,yaşadıqca,hətta sadəcə düşündükcə belə dəyişirik...
Eşitdiyimiz hər yeni söz,oxuduğumuz hər yeni cümlə ,dinlədiyimiz musiqi,getdiyimiz yeni məkanlar,gördüyümüz yeni simalar,ağlımızdan keçən bir var olub ,bir yox olan sonsuz düşüncələr , aldığımız yeni qərarlar ,seçimlərimiz ,qarşımıza çıxan əngəllər beynimizi və beyin hüceyrələri arasındakı bağlantıları dəyişir,zehnimiz inkişaf edir.....
Beynimizdən keçən bir baxdığımızda var olan ani düşüncələr,suallar bizi uzun-uzun düşünməyə vadar edir.Düşünürük var oluşumuzu,bizim varlığımız, dünyadakı yerimiz nədir? Necədir? və.s bu kimi düşüncələr əslində təlatümlü dənizin dalğaları kimidir?dəyişir, bəlkə də ən yüksək həddə çatır və sakitləşir, öz-özünə yarandığı kimi yox olub gedir...
Bu sonsuz düşüncələrdən hər bir varlıq yoxdan var olur,deməli varlıqları var edən vardır.Var aləminin ən üstün varı insandır.İnsan var olur,dünyaya gəlir və yaradılışının ən böyük üstünlüyü xəyal,təfəkkür və ağıl olur.Bunu başqa cür beyin əsaslı təlim olan “Beyin xəritəsi” ilə düşünərək “İnsanın” beyin xəritəsini çəksək mərkəzində açar kəliməsi –dayaq və istinad nöqtəsi “beyin” olacaqdır,beyin məhsulu olan düşüncələrimiz olacaqdır.Hər bir düşüncə isə bir istinad etdiyi dayaq nöqtəsi olduğu üçün vardır.Düşüncələrimizin istinad etdiyi nöqtənin “var” və yaxud “yox” olması insan həyatının ən vacib seçimidir .Uğurlu insan istinadını “ Var”- a edəndir.Var anlamını dərk etmək insan olmanın,kamala çatmağın yeganə giriş qapisidir...
HƏR VAR OLAN VAR DEYİLDİR
VARI VAR EYLƏYƏN VARDIR
HƏR VARIN ÖZ VARI VARDIR......
Beyninizdə olumlu düşüncələrin var olması diləyi ilə.......”Var”la var olasınız!!!
Aytəkin Aslan